Deputatlar Zəfər Günü ilə bağlı səfərə çıxır 

16:00 29.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

8 Noyabr Zəfər Günü münasibətilə Milli Məclisin deputatları Avropa ölkələrində silsilə tədbirlərdə iştirak edəcək.

 

Hafta.az-ın əldə etdiyi məlumata görə, Milli Məclisin bir qrup deputatının Macarıstan, Hollandiya, İspaniya, Fransaya səfərləri gözlənilir.

 

Deputatlar ayrı-ayrılıqda Macarıstan, Hollandiya, İspaniya, Fransa kimi ölkələrdə Azərbaycanın xarici ölkələrdəki səfirlikləri ilə birgə 44 günlük Vətən müharibəsinin Zəfərini qeyd edəcəklər.

 

Parlamentarilərin xarici ölkələrdəki tədbirlərinə noyabrın 2-dən start veriləcək.